Modern.az

Əfqanıstan prezidentindən İLK AÇIQLAMA

Əfqanıstan prezidentindən İLK AÇIQLAMA

Dünya

15 Avqust 2021, 22:58

Əfqanıstan Prezidenti Əşrəf Qani ölkəni tərk etməsindən sonra ilk dəfə açıqlama verib.

 

Modern.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

 

Qani qanlı hadisələrin qarşısını almaq üçün ölkəni tərk etdiyini, “Taliban”ın Kabildəki prezident sarayına girdiyini bildirib.

 

O, harada olduğu barədə məlumat verməyib.

 

Qeyd edək ki, bu gün “Taliban” qiyamçıları paytaxt Kabilə döyüşsüz daxil olublar. Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə Kabildən Tacikistana uçub və oradan Omana gedib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu