Modern.az

Türkiyənin Əfqanıstandakı Səfirliyi fəaliyyətinə davam edəcək

Türkiyənin Əfqanıstandakı Səfirliyi fəaliyyətinə davam edəcək

Dünya

15 Avqust 2021, 23:14

Türkiyənin Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Səfirliyi öz fəaliyyətini davam etdirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

 

“Əfqanıstanda yaşayan, ancaq hazırda qayıtmaq istəyən Türkiyə vətəndaşlarına hər cür şəraitin yaradılması üçün aidiyyəti qurumlarımızla əməkdaşlığımız davam edir”, - deyə o qeyd edib.

 

Çavuşoğlu bildirib ki, Kabildəki Türkiyə Səfriliyi fəaliyyətini davam etdirir:

 

“Vətəndaşlarımızın konsulluqla bağlı hər hansı bir işi olsa, müraciət edə bilərlər”.

 

Xatırladaq ki, bir çox Qərb dövlətləri Əfqanıstandakı səfirliklərinin işini dayandırıb.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu