Modern.az

Almaniya Kabilə hərbi təyyarələr göndərir

Almaniya Kabilə hərbi təyyarələr göndərir

Dünya

16 Avqust 2021, 00:04

Almaniya vətəndaşlarını və onlarla əməkdaşlıq edən əfqanıstanlıları ölkədən təxliyyə etmək üçün Kabilə hərbi təyyarələr göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas məlumat verib.

 

O, təxliyyə ediləcək şəxslərin sabahdan etibarən Əfqanıstanla qonşu ölkəyə daşınacağını və oradan mülki təyyarələrlə Almaniyaya aparılacağını bildirib.

 

Nazir kiçik bir qrupun təxliyyələrə kömək etmək üçün Kabildəki Səfirlikdə qalacağını qeyd edib.

 

Almaniya Xarici İşlər Nazirliyi Əfqanıstanda hökumət rəsmiləri ilə birlikdə 100-dən az vətəndaşının olduğunu açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu