Modern.az

Haitidə zəlzələ qurbanlarının sayı 1297-yə çatdı  

Haitidə zəlzələ qurbanlarının sayı 1297-yə çatdı  

Dünya

16 Avqust 2021, 07:00

Haitidə zəlzələ nəticəsində ölənlərin sayı 1297 nəfərə çatıb.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə idarəsi məlumat yayıb.

 

Məlumata əsasən, zəlzələ zamanı 5,7 min nəfər xəsarət alıb, onlardan 3,2 min nəfəri xəstəxanalara yerləşdirilib.

 

Hazırda dağıntılar altında qalan insanların axtarışları davam etdirilir.

 

Qeyd edək ki, avqustun 14-də Haitidə 7,2 bal gücündə zəlzələ baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu