Oktyabrın 25-də Gürcüstan parlamentinin toplantısı keçirilib və hökumətin yeni tərkibini təsdiq edib. Modern.az xəbər verir ki, baş nazir vəzifəsinə son parlament seçkilərində qalib gələn "Gürcü arzusu" koalisiyasının lideri Bidzina İvanişvilinin namizədliyi təsdiqlənib. Parlament yeni hökumətin “Güclü demokratik və vahid Gürcüstan üçün” adlı proqramını da təsdiqləyib. Bu proqramda müxtəlif sahələrdə islahatlar həyata keçirmək nəzərdə tutulur.
Yeni hökumət və onun proqramının lehinə parlamentin 150 deputatından 88-i səs verib.
Builki parlament seçkilərində "Gürcü arzusu" koalisiyası 85 mandat qazanıb, qalan 65 yeri isə prezident Mixail Saakaşvilinin başçılıq etdiyi "Vahid Milli Hərəkat" partiyası əldə edib.