Modern.az

Türkiyə hərbçilərin cənazələrini Rusiyaya göndərdi  

Türkiyə hərbçilərin cənazələrini Rusiyaya göndərdi  

Dünya

16 Avqust 2021, 12:32

Türkiyədə qəzaya uğrayan Rusiyanın “Be-200” tipli amfibiya təyyarəsinin göyərtəsində olan rusiyalı ekipaj üzvlərinin cənazələri vətənlərinə göndərilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbçilərin cənazəsi Adana Şakirpaşa Hava Limanından Rusiyaya yola salınıb.

 

Təyyarə qəzasında həlak olan 3 Türkiyə vətəndaşının cənazəsi isə avqustun 15-də ailələrinə təhvil verilib.

 

Xatırladaq ki, Türkiyə Meşəçilik Baş İdarəsi tərəfindən Rusiyadan icarəyə götürülən “Be-200” tipli amfibiya təyyarəsi avqustun 14-də Türkiyənin Kahramanmaraş bölgəsində qəzaya uğrayıb. Təyyarədə olan 5 rus hərbçisi və 3 türk mütəxəssis həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu