Modern.az

Ermənistan: bugün var, sabah yoxdur

Ermənistan: bugün var, sabah yoxdur

Aktual

16 Avqust 2021, 13:56

Əkbər QOŞALI

 

Prezident İlham Əliyevin “CNN Türk” tv kanalına bugünlərdəki müsahibəsi məzmunca ümumiləddirici və istiqamətvericidir. Yəni, musahibə özündən öncəki (ən azı, ötən ilin iyulundan bəri olan)  müsahibələri də xatırladan, onların ən ümumi cəhətlərini özündə birləşdirən və ismarıcları ilə istiqamətverici, aydınlaşdırıcı bir müsahibədir. Müsahibənin suallarını, cavablarını zəruri edən səbəblər və məhz tv-nin “CNN Türk” olması təsadüf deyil təvafüqdür – ərəb demiş, “Lə tucəd sadfətə fil aləm, hunəkə tavafuq”... Prezidentin ötən il Tovuz hadisə­lərindən sonra, yaxud 44 günlük Vətən Müharibəsindən az öncə, elə müharibənin gedişindəki müsahibələrini xatırlayan hər kəs təsdiq edə bilər ki, həmin müsahibələr sonrakı hadisələrə dair hansı təsəvvürləri yaradırdı, özündə hansı dərin ismarıclar ehtiva edirdi və  hadisələrin gedişi o təsəvvür və ismarıcları necə təsdiq etdi...

Gəlin, Prezidentin “CNN Türk”ə yeni müsahibəsinə məhz bu fkirlər işığında nəzər salaq.   

Vətən Müharibəsindəki zəfərdən sonra dövlət başçısının cəmiyyət qarşısında yeni hədəflər qoyması qürurverici bir faktdır. Xalqın toparlanaraq qələbə qazanmasının xəyal deyil, əlçatan, ünyetər hadisə olduğunun sabitləşdiyi bir dövrdə yaşayırıq. Qüdrətli keçmişdən qüdrətli gələcəyə gedişin, hədəfyönlü addımların qarantı dövlət-xalq birliyi, güclü lider – sözübütöv Ali Baş Komandanın başçılıq etdiyi müzəffər ordudur! Azərbaycan Prezidenti öhdəsindən gəlinməsi mümkün olmayan öhdəliklərlə çıxış etməyən, dediyini edən liderdir.

Prezidentin “CNN Türk”ə müsahibəsində belə bir məqam var:

“Müharibənin ilk günlərində  bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayadırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdu sona qədər gedəcəyik”. -Azərbaycan Prezidentinin xarakteri, qətiyyəti, cəsarəti, vətəncanlılığı yalnız bu sitatdan belə çox aydın görünür. Çünki hər kəs 44 günlük müharibənin düşmən üçün də, bizim üçün də sonuclarını bilir, görür...

Baxırıq, görürük ki, 30 il içində beynəlxalq birliyin işğalla bağlı təsirli addımlar atmaması, ATƏT-in Minsk Qrupunun “0” səmərəli fəaliyyəti qarşılığında, bu durumla qətiyyən barışmayan respublikamızın öz torpaqlarını işğaldan qurtarması dövlət başçısının uzaqgörənliyi, vətəncanlılığı, prinsipiallığı, məqsədyönlü və düşünülmüş siyasəti ilə sıx bağlıdır.

 

44 günlük müharibədən öncə olduğu kimi, müharibədən sonra da – olsun ki inersiya ilə, son bir “ümid”lə, “bəlkə” ilə atəşkəsi pozan Ermənistanın qeyri-ciddi üzü (üzsüzlüyü!) bizə yaxşı tanışdır. Ancaq Ermənistan 30 illik səbrimizin, beynəlxalq vasitəçilərin səylərinə etinamızın dəyərini anlamlıdır. Yanlış dəyərləndirmənin enində-sonunda nə ilə bitdiyini erməni dövləti, cəmiyyəti illa da görməlidir. Ermənistan hərbi-siyasi rəhbərliyi, “əvəzçıxma” xülyası ilə alışıb-yananlar anlamalı, idrak etməlidir ki, hər səbatsız hərəkət növbəti zərbələrə əsas olacaq. Ermənistanın qırıq-sökük orducuğu, “iki stulda eyni vaxtda oturmaq qabiliyyəti” və s. aldatmacadan, başqatmadan başqa bir şey deyil.

Ağır məğlubiyətə uğramış Paşinyanı və onun partiyasını parlament seçkisində qalib edən xalqın istək və arzularını ilk növbədə “əvəzçıxma” azarkeşləri dəqiq “tərcümə” etməli, səlis oxumalıdır: erməni xalqı müharibəyə taqəti qalmadığını anlayır. Biz nə deyirik? – Deyirik, qaxıl otur oturduğun yerdə. Məğlubsan məğlub yerində dur! Yoxsa, uğursuzluq bataqlığında hər çabalama uğursuz dövləti daha da dərinə aparacaq. Uslu davranmağı bacarmayan erməni cəmiyyəti anlamalıdır ki, iki Üçtərəfli Bəyanatın öhdəliklərini pozmaq, nadan çağırışlar etmək, müxtəlif təxribatlar törətmək onlara heç nə verməyəcək. Heç nə! Versə, versə, “endir o bayrağı dirəkdən, bük, qoy cibinə” tapşırığına növbəti (və qaçılmaz) dəvətə aparıb çıxracaq.

 

Ermənistan nə edir? – Fikir verin:

-mina xəritələrini yanlış verir;

-Bəyanat(lar)ın öhdəliklərini yerinə yetirmir, o cümlədən Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə çalışır;

-Bəyanatları tamamilə yanlış – erməni budaq cümləsi ilə “şərh” edir;

-yeni minalar basdırır yaxud buna cəhd edir;

-yenidən silahlanmağa çalışır;

-təxribatların miqyasını, coğrafiyasını genişləndirir;

-beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirir və s.

Yaxşı, bunlardan daha artığını zaman-zaman edən bir zehniyyət necə bir perspektiv düşünür? – Ən ağır günlərdə geri addım atmayan bir dövlət və dövlət başçısı, Şuşada bayraq qaldırdıqdan sonra, qırıx-salxaq bir orducuq qarşısında gerimi çəkilər? Absurddun absurdu bu olsa gərək. 

Mülki əhalinin, şəhər və kəndlərin atəşə tutulması,

müxtəlif müharibə cinayətləri, təcavüzkarlıq,

beynəlxalq hüquqa sayğısızlıq,

işğal bölgəsində bütün infrastrukturun dağıdılması, talan edilməsi,

qətllər, soyqırım aktları, bir sozlə, 30 ilik bədnam tarixcədən sonra başına Dəmir Yumruq enən bir dövlət, cəmiyyət daha 30 saat belə itirməməli, yanlış yola vaxt, enerji sərf etməməlidir.

 

Azərbaycan postmüharibə dövründə Qarabağda işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə, azadlıqdan abadlığa keçidi sürətlə həyata keçirir. Qarabağ nəinki işğal illərində, iğaldan öncə belə malik olmadığı infrastruktura, yeniliklərə səhnə olacaq. Ağılsız Ermənistanın işğal axmaqlıqları ağıllı kəndlərlə əvəzlənir – torpağın əsl sahibləri ilə yadellilərin fərqi belədir. Gələcəkdə bizim Zəngəzuru da özümüz daha yaxşı süsləyəcəyik. İrəvanın ruhunu erməni daha 100 yaşasa belə duya bilərmi? Yaxud Göyçəni ruhuna hopdura bilərmi erməni? Hər torpağın, suyun, iqlimin öz anlayanı, sakini, ifadəçisi var. Səttar Bəhlulzadənin “Torpağın arzusu” əsəri yadınızdadırmı? – Torpaq boş-boşuna arzularla “çıxış etmir”... Torpaq gülünü-çiçəyini, ağacını, merini-meyvəsini... oradakı insanları “düşünərək” üzə çıxarır. “Su səsə gələr” deyərlər; deyərlər ki, hər insanın öz ulduzu, ağbuludu var və s... Çox da bədii ricətə varmaq istəməzdim; inanıram ki, torpaq öz əsl sakinlərini duyur, çiçəyi ona görə açılır, ağacı ona görə boy verir, göyü ona görə ağ buludla dolur, quşu ona görə qanadlanır... Şəhərlərin də ruhu var, kəndlərin də, dağ başındakı tək evin, dərə dibindəki komanın da... Divardakı naxışın, xalçadakı ilmənin... Ermənilər elə bilir, İrəvanda yaşayırlarsa, İrəvanın ruhunu duya bilirlər. Erməni nə bilir Zəngəzurda, Göyçədə, başqa ərazilərdə qısalan ömürləri, artan neqativləri və s. nə ilə bağlıdır? – Torpaq da, su da bezib qaraniyyətlilərdən; torpaq da, su da azadlığa, aydınlığa çıxmaq, öz həqiqi sakinlərinə, sahiblərinə qovuşmaq istəyir. Kəlbəcərdə, Laçında 30 il qanunsuz yaşadıqları evlərdən çıxarkən, o evləri yandırıb-yaxan erməni zehniyyəti, bu gün Xankəndində sata bilmədiyi evi yandırır – sabah, birisigün Zəngəzurda, Göyçədə yanan evləri görsəniz, təəcüblənməyin.

 

Bugünlərdə qaynatam haqqın rəhmətinə qovuşdu. Göyçəli idi. Rəhmətliyin vəfatı xəbərini eşidincə, ağlıma gələn ilk fikir o oldu ki, “Göyçə, daha bir oğlun sənə qovuşmadan, sənin həsrətinlə gözlərini yumdu bu dünyaya”... Bəli, qəbrinə Göyçədən, Zəngəzurdan, İrəvandan torpaq gətirmək, oralardan su gətirib qəbrinə tökmək sözümüz olan neçə min doğması, əzizi var bu xalqın... – Haqq sözlərimiz havadan asılı qalmayacaq...

 

Hələliksə Qarabağ və Zəngəzurun gündoğar hissəsində bərpa, yenidənqurma ilə bağlı gərgin iş aparılır; bu işləri plan-proqramlı şəkildə, özü də, mümkün olan ən yüksək sürət və keyfiyyətlə həyata keçirməkdəyik.

 

Quruculuqda Ermənistan bizimlə əlbəttə, müqayisə oluna bilməz – quruculuq erməni cəmiyyətinin fitrətinə yaddır. Ermənistan istər öz ərazisində, istərsə Rusiya “sülhməramlıları”nın keçici olaraq yerləşdiyi torpaqlarımızda baş qatmaqdan, sürünməkdən, sakinləri zorən “məmnun” etməkdən artığını bacarmayacaq.

 

Ermənistan bizim rəqibimiz deyil, Prezidentin xüsusi vurğuladığı kimi, bizim əsas rəqibimiz zamandır. Necə deyərlər, zamana qarşı yarışırıq, zamanla yarışırıq. Bizim yarış meydanımızda Ermənistan yoxdur. Ermənistan yalnız öz kecmiş izləri ilə görünür: torpağın altını üstünə çevirən, qəbirlərədək qazıb, dağıdan, ev-eşiklərdə sağ-şennik qoymayan Ermənistan 30 il goreşənlik edib buralarda – hər addımda görünür... Elə bil, abad yer, şəhər-kənd görəndə başı ağrıyır bədbəxt uşağının. – Belə bir zehniyyət gələcəkdə necə var ola bilər?!.

 

İşğalçılıq, terrorçuluq, başqasının malına-mülkünə, sərvətlərinə yiyələnmək... siyasəti iliyinə işləmiş bir cəmiyyət bizimlə hansı və necə bir “Sülh müqaviləsi”ni imzalayacaq? – Zəngəzur dəhlizi önplanda olmaqla, kommunikasiyaların açılması, sərhəd boyu demarkasiya və delimitasiya sürəcinə (digər məsələlərin həllinə) maneələr törədilməsi nə ilə bağlıdır? Görünür, Ermənistan sözün bütün anlamlarında, sülhə hazır deyil.

Ancaq (özəlliklə, son 30 ildə formalaşmış) siyasi, hərbi erməni miflərinin darmadağın edilməsi bugunku və gələcək münasibətlərdə istirak edəcək əsas faktorlardan olacaq.

Türkofobiya, islamofobiya, azərbaycanofobiyanın təsiri altında böyümüş (kiçilmiş) erməni cəmiyyəti, yeni fobiyalar qazanıb: sülhofobiya, abadlığofobiya, şəhərofobiya... Azərbaycan Dəmir Yumruğu Ermənistan cəmiyyətinin ideoloji sütununu darmadağın edib. Erməni cəmiyyətinin daha yeni fobiyalar qazanma potenisalı da vardır. Məsələn, erməni cəmiyyətinin qafasında çəpdişli çarxlar dolaşır ki, görəsən, İrana nota təqdim edən, Rusiya “sülhməramlıları”na xəbərdarlıq edən, şifahi xəbərdarlıqları rəsmi müstəviyə daşıyan və nəhayət dövlət başçısının yeni müsahibəsi ilə yeni gündəm yaradan Azərbaycanın prinsipialığını, qətiyyətini və bunu təqibən əldə edilən uğurları necə durdurmaq olar? Beləliklə, uğurofobiya, sualofobiya yaranır. Və Laçınofobiya!.. – Ermənistanın Laçın yolu ilə Rusiya “sülhməramlıları”nın nəzarətində olan ərazilərə silah və hərbçilər göndərməsini bilirik və rəsmən duyurub, xəbərdarlığımızı etmişik. Bu yolverilməzdir. Və BMT TŞ-nin məlum 4 qətnaməsi kimi, iki Üçtərəfli Bəyanatın müddəalarını da Azərbaycan Respublikası özü yerinə yetirməyə vadar edilməməlidir.

 

Müharibə vaxtı müharibə, sülh vaxtı sülh ləyaqəti göstərə bilməyən Ermənistan Baş naziri telefon nömrəsini dəyişməlidir, məncə. Ötən ilin sentyabr ayının sonu-oktyabrın əvvəlləri, eləcə də, sonrakı günlər telefondan asılı qalan Paşinyanın nömrəsini ekranda görən hansı dovlət başçısı o nömrəni qaldıracaq, əcaba?

 

Sadə suallara sadə cavablar var, əslində. Əslində, biz indi cavab axtaran deyil, sual verənik. Zəhmət çəksin, hərb cəbhəsində məğlub olduqdan sonrakı ilk seçkidə qalib olan Paşinyan (ritorik və digər alqoritmli) suallara cavab arasın...

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran şəhərləri dağıdılır