Modern.az

Əhməd Oruc Rəsul Quliyevin çağırışına müsbət yanaşır

Əhməd Oruc Rəsul Quliyevin çağırışına müsbət yanaşır

26 Oktyabr 2012, 10:59

Eks-spiker Rəsul Quliyevin “İctimai Palata Məşvərət Məclisi ilə birləşməlidir” çağırışına Azadlıq Partiyasının sədri Əhməd Oruc cavab verib. Modern.az-a bu haqda danışan Ə.Oruc qeyd edib ki, bugünkü siyasi mövqelərinə görə, əsas fəaliyyət istiqamətlərinə görə İctimai Palata ilə Məşvərət Məclisi arasında paralellik var.

“Məşvərət Məclisi yaranan gündən bildirmişdik ki, İctimai Palatanı müttəfiqimiz hesab edirik. Sonrakı mərhələdə də İctimai Palataya fəaliyyətlərimizi əlaqələndirmək üçün müzakirələr təklif eləmişdik. Eləcə də İctimai Palatanın öz yığıncağında da Məşvərət Məclisinin İctimai Palata arasında əməkdaşlığın olması ilə bağlı məsələ qaldırmışdıq. Təəssüf ki, hələlik İP-nin rəhbərliyinə daxil olan şəxslər belə bir meyldən uzaqdırlar. Onlar müxalifətlə əməkdaşlıqdan daha çox müxalifət adından özlərinin xüsusiləşməsində maraqlıdırlar. Onların bu mövqeyi-nəzəri Azərbaycanda müxalifətin iqtidara gəlməsinə mane olur. Hesab edirik ki, İctimai Palata proseslərə normal, məntiqli yanaşarsa, müxalifətin prezident seçkilərində, həm seçki qanunun dəyişdirilməsində, demokratik seçki mühitinin yaradılması üçün birgə fəaliyyətə ehtiyacın olduğunu onlar dərk edərsə, birgə əməkdaşlığımız üçün heç bir problem qalmaz. Biz tərəfdən heç bir problem yoxdur. İP ilə birgə fəaliyyət göstərə bilərik, tədbirləri birgə planlaşdıra bilərik. hətta iki qurumun birgə fəaliyyətini əlaqələndirmək üçün mexanizm də tapılar”, – deyə Ə.Oruc bildirib.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi