Əfqanıstanın paytaxtı Kabil şəhərindəki hava limanını qoruyan ABŞ qüvvələri ayrı-ayrı hadisələrdə iki silahlı şəxsi öldürüb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri “Reuters” agentliyinə məlumat verib.
Adının açıqlanmasını istəməyən məmur hadisələrin son 24 saat ərzində baş verdiyini bildirib.
“İlkin məlumatlara görə, silahlılar kütləyə atəş açıblar”, - deyə məmur qeyd edib.