Modern.az

“Kəndlərə əvvəlki adları qaytarılacaq” – Gürcüstan parlamentin azərbaycanlı deputatı

“Kəndlərə əvvəlki adları qaytarılacaq” – Gürcüstan parlamentin azərbaycanlı deputatı

Təhsil

27 Oktyabr 2012, 11:57

Gürcüstandakı Azərbaycan kəndlərinə verilən gürcü adları hər zaman orada yaşayan həmyerlilərimizin, eləcə də ziyalıların narazılığına səbəb olub. Belə ki, kənd sakinləri bu adların dəyişdirilməsini tələb edir, kəndlərə türk adlarının verilməsini istəyir. M.Saakaşvilinin hakimiyyəti dövründə öz həllini tapmayan məsələ, yeni baş nazir İvanişvilinin dövründə həll olunacaqmı?

Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş müxalifətçi “Gürcü arzusu” blokunun təmsilçisi, azərbaycanlı deputat Əli Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq.

“Biz hakimiyyətə hələ təzə gəlmişik. İnşallah kəndlərin adında dəyişiklik edəcəyik”, – deyə Ə.Məmmədov bildirib.
Sevinc İltifatqızı  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...