Modern.az

Bir nəfərə görə bütün ölkə karantinə alınır

Bir nəfərə görə bütün ölkə karantinə alınır

Dünya

18 Avqust 2021, 00:03

Yeni Zelandiyada fevral ayından sonra ilk dəfə karantin rejimi tətbiq ediləcək.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Casinda Ardern qərar qəbul edib.

 

Qərara əsasən, Yeni Zelandiya qarşıdakı üç gün ərzində karantin altında olacaq.

 

Karantinin tətbiq edilməsinə səbəb ölkədə 1 nəfərdə koronavirusun aşkarlanması göstərilir. Virusa yoluxan şəxsdə "Delta" ştammına rast gəlindiyi ehtimal edilir. 

 

Baş nazir bununla bağlı araşdırmaların davam etiyini söyləyib.

 

Ü.İsmayıl

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...