“Qarabağ” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.
26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Afrikalı oyunçu “Qarabağ”da 25 nömrəli formanı geyinəcək.