Oktyabrın 28-də Azərbaycan Premyer Liqasının 10-cu turunda keçirilən “Rəvan” – Neftçi” qarşılaşması gözlənilməz sonluqla bitib. “Neftçi” “Rəvan”a 0:2 hesabı ilə uduzub.
Oyundan sonra baş məşqçi Böyükağa Hacıyev də daxil olmaqla “Neftçi”nin məşqçilər korpusu, o cümlədən başda vitse-prezident Tahir Süleymanov olmaqla klub rəhbərliyi istefa verib.
İstefa qərarı ilə bağlı son sözü “Neftçi”nin prezidenti Sadıq Sadıqov deməlidir.
Modern.az