Oktyabrın 28-də Ukraynada parlament seçkiləri keçirilib. Ukrayna qanunlarına görə, Ali Radaya seçiləcək 450 deputatın 225-i majoritar, qalanı isə proporsional qaydada seçilməlidir.
Parlamentdəki yerlər uğrunda əsas mübarizə hakim Regionlar Partiyası, keçmiş baş nazir Yuliya Timoşenkonun “Batkivşina” müxalifət birliyi, Kommunist Partiyası, eləcə də, məşhur boksçu Vitali Kliçkonun rəhbərlik etdiyi “UDAR” partiyaları arasında gedib. Ümumiyyətlə seçki marafonuna 21 siyasi partiya qoşulub.
Ümumilikdə 450 deputat yeri uğrunda 5200 namizəd yarışıb. Bu isə bir deputat mandatı uğrunda 12-yə yaxın namizədin iddia etməsi deməkdir.
Siyasi partiyalar Ali Radaya keçmək üçün 5 faizlik həddi aşmalıdırlar. Birmandatlı dairələrdə isə qalib sadə səs çoxluğu ilə müəyyən ediləcək.
Qanunvericiliyə görə, MSK noyabrın 12-dək seçkilərin rəsmi nəticələrini açıqlamalı və nəticələr 5 gün ərzində mətbuatda dərc olunmalıdır.
İlkin məlumatlara görə, hələlik prezident Yanukoviçin Regionlar Partiyası 1-ci yerdədir (səslərin 39 faizi).
Həbsdə olan Yuliya Tymoshenkonun alyansı 2-ci (səslərin 19,6 fazi), Kommunist partiyası 3-cü (səslərin 15,8 faizi), boksçu Kliçkonun “UDAR” partiyası 4-cü (səslərin 11, 6 faz), “Azadlıq” bloku 5-ci (səslərin 6,2 faizi”) yerdədir.
Bu beş partiyanın parlamentdə yer qazandığı dəqiqləşib.