Modern.az

BMT bu şərtlə “Taliban”la danışmağa hazırdır

BMT bu şərtlə “Taliban”la danışmağa hazırdır

Dünya

19 Avqust 2021, 22:02

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş liderlərinin dəqiq kimlər olduğu müəyyənləşəcəyi təqdirdə, “Taliban”la danışmağa hazır olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə Quterreş BMT-nin mənzil qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

ABŞ-ın paytaxt Kabildəki hava limanından tamamilə çəkilməsindən sonra BMT-nin aeroportu idarə edə biləcəyinə dair suala cavab verən Quterreş bildirib ki, BMT-nin indiki şəraitdə hava limanını istismar etməsi real deyil.

 

BMT rəhbəri Əfqanıstanda bütün etnik qrupları təmsil edən hökumətin qurulmasını və insan hüquqlarına hörmət edilməsini istəyib.

 

Ülfan İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu