Malinin mərkəzində silahlı qüvvələrin karvanına edilən hücum zamanı 11 hərbi qulluqçu həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Mali ordusunun “Twitter” səhifəsində məlumat paylaşılıb.
Hücum nəticəsində 10 əsgərin yaralandığını bildirilir. Onlardan 9-nun vəziyyəti ağırdır.
Hücumu kimin törətdiyi hələ məlum deyil. Hadisə Mali, Fransa və digər Avropa qüvvələrinin, eləcə də BMT sülhməramlılarının İŞİD və “Əl -Qaidə” ilə əlaqəli silahlılarla mübarizə apardığı bölgədə həyata keçirilib.
Ülfan İsmayılov