TRT 1 kanalında 27 ildir fasiləsiz yayımlanan “Gezelim Görelim” proqramı Azərbaycanın dilbər guşələri olan Qəbələ və Şəkidə çəkilişlər aparır.
TRT-nin Bakı bürosundan Modern.az-a bildirilib ki, Proqramın rejissoru ve aparıcısı Nuray Yılmaz və çəkiliş qrupu ilk olaraq Qəbələyə yollanıblar. Qəbələnin turizm potensialı, təbiət gözəlikləri bir-bir Nuray Yılmazın proqramında tamaşaçılara göstəriləcək. Qəbələ kəndlərindəki insanların yaşam tərzi ekranlara gələcək. Qəbələdə 3 gün davam edən çəkilişlərin ardından Şəkiyə səfər edilib. Şəkidə olan zəngin tarixi mədəni irs diqqətlə lentə alınıb, Xan Sarayı, Karvansaraylarda çəkilişlər aparılıb.
Nuray Yılmazın Azərbaycana həsr etdiyi bu proqram dekabr ayında TRT 1 kanalında ekranlara gələcək.