İsraildə koronavirusun "Delta" ştammının yayılması ilə əlaqədar yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı sürətlə artır.
Modern.az xəbər verir ki, ölkədə 40 yaşdan yuxarı insanlar üçün peyvəndin üçüncü dozasının vurulmasına başlanılıb.
Bu çərçivədə İsrailin 49 yaşlı Baş naziri Naftali Bennett “Pfizer / BioNtech” şirkətinin hazırladığı peyvəndi vurdurub.
İsrailin 9,3 milyon əhalisindən 1 milyondan çoxuna üçüncü doza peyvənd tətbiq edilib.