Modern.az

Pakistanda bombalı hücum: 2 uşaq öldü

Pakistanda bombalı hücum: 2 uşaq öldü

Dünya

20 Avqust 2021, 21:38

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan vilayətində Çin vətəndaşlarını daşıyan avtomobilə kamikadze hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistan polisi məlumat yayıb.

 

Hücum nəticəsində avtobusda olan iki uşaq həlak olub, üçü yaralanıb. Yaralananların Çin vətəndaşı olduğu bildirilir.

 

Qeyd edək ki, bu ayın əvvəli Pakistanın şimal-qərbindəki Xayber-Paktunxva vilayətində həyata keçirilən hücum zamanı 9-u çinli olmaqla 13 nəfər öldürülmüşdü.

 

Ülfan İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu