Modern.az

“Cənnət” restoranına qadağalar qoyuldu

“Cənnət” restoranına qadağalar qoyuldu

29 Oktyabr 2012, 17:49

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumat görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi 2404 ünvanında fəaliyyət göstərən “Cənnət-M” MMC-yə məxsus “Cənnət” şadlıq evində dövlət nəzarəti həyata keçirilib.

Araşdırma zamanı müəyyən olub ki, müəssisədə müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) standartlarının tələbləri pozularaq təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, şadlıq evinin mətbəxi sanitar normalara cavab vermir, mətbəxdə işləyən işçilər yemək hazırlayarkən əlcək, papaq və maskalardan istifadə etmirlər, anbarda məhsulların saxlanma rejiminə riayət olunmur. Anbara baxış zamanı 15 ədəd 3 litrlik balonlarda mənşəyi məlum olmayan, üzərində istehsal tarixi yazılmayan müxtəlif turşular (xiyar, zeytun, kələm) aşkar olunub. Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında şadlıq evində hazırlanmış “paytaxt” salatı və “lülə kabab” üçün ət qiyməsindən götürülmüş nümunələrin sınaqları nəticəsində hər iki məhsulda bağırsaq çöpləri qrupundan olan bakteriyalar və “S.aureus” mikroorqanizmləri müəyyən olunub.

Faktla əlaqədar olaraq inzibati protokol tərtib edilərək cərimə olunub, “Cənnət-M” MMC-yə məxsus “Cənnət” şadlıq evində “paytaxt” salatının və “lülə kabab” üçün yarımfabrikat – “ət qiyməsi”nin hazırlanması və satışı qadağan edilib.

  Sevinc İltifatqızı    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi