“Yehova şahidləri” icmasının Dövlət Komitəsini məhkəməyə verməsinin səbəbi onların Azərbaycana gətirmək istədiyi ədəbiyyatla bağlıdır. Bunu Modern.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat katibi Orxan Əli bildirib. Onun sözlərinə görə, sözügedən ədəbiyyatın bir qismi zərərli olduğu üçün ölkə buraxılmayıb. Buna görə də adı çəkilən dini icma komitəni məhkəməyə verib.