Modern.az

Mirmahmud Mirəlioğlu respublika müşavirəsi keçirib

Mirmahmud Mirəlioğlu respublika müşavirəsi keçirib

29 Oktyabr 2012, 18:43

Oktyabrın 28-də KXCP sədri M. Mirəlioğlunun sədrliyi ilə rayon (şəhər) şöbə sədrlərinin respublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a bildirilib ki,  müşavirədə ölkədəki ictimai siyasi vəziyyət və partiyanın İnkişaf Planına uyğun olaraq seçkilərlə bağlı rayon (şəhər) şöbələrinin fəaliyyət istiqamətləri müzakirə edilib.

KXCP Ali Məclisinin sədri B. Əbil İnkişaf  Planında seçkilərlə bağlı rayon (şəhər) şöbələrinin fəaliyyət istiqamətlərini əks etdirən  sənəd layihəsini müşavirə iştirakçılarının diqqətinə çatdırıb. Layihə ətrafında geniş müzakirələr aparılıb,  rayon (şəhər) şöbələrinin rəhbərləri yerlərdə seçkilərə hazırlığın vəziyyəti ilə bağlı məlumat verib və təkliflərlə çıxış ediblər. Müzakirənin nəticəsi olaraq təkliflər nəzərə alınmaqla qəbul olunmuş layihənin partiyanın Ali Məclisinə təqdim  olunması qərarlaşdırılıb. Müşavirənin sonunda KXCP sədri M.Mirəlioğlu çıxış edərək seçkilərin  partiyanın  İnkişaf Planında əsas fəaliyyət istiqamətlərindən biri olduğunu,  rayon (şəhər) şöbələrinin təşkilatlanma işini buna uyğun inkişaf etdirilməsini vurğulayıb.  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi