Modern.az

Bakı metrosunda qorxulu anlar yaşanıb

Bakı metrosunda qorxulu anlar yaşanıb

29 Oktyabr 2012, 20:53

Bu gün axşam saatlarında Bakı metrosunda qorxulu anlar yaşanıb. Belə ki, Bakı Metropoliteninin Gənclik stansiyasında orta yaşlı bir kişi özünü hiss etdiyini deyərək yerə yıxılıb. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, olayın şokundan təşvişə düşərən sərnişinlər təcili tibbi yardım çağırıblar. Metropoliten əməkdaşları tərəfindən  ilkin tibbi yardım göstərilməsinə baxmayaraq özünə gəlməyən sərnişinə əraziyə cəlb olunan təcili yardım briqadasının həkimləri tərəfindən köməklik göstərilib. Məlum olub ki, sərnişin həddən artıq sərxoş olduğu üçün anidən huşunu itirib. Daha sonra həkimlərin müdaxiləsindən sonra sərnişin yaşadığı ünvana aparılıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi