Modern.az

Şimali Kiprdə peyvənd əleyhinə etirazlar

Şimali Kiprdə peyvənd əleyhinə etirazlar

Dünya

22 Avqust 2021, 08:45

Şimali Kiprin turizm bölgəsi olan Girnədə insanlar koronavirus əleyhinə peyvəndlənmə prosesinə qarşı etiraz aksiyası keçirib.

 

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, etirazçılar əsasən özəl sektorda çalışan işçilər və iş adamları, araşdırmaçı yazarlar olub. Onlar mövcud hökumətin vaksinasiya siyasətini pisləyiblər.

 

Əllərindəki plakat və pankartlardakı şüarlarla hökuməti normal vaksin siyasəti yürütməyə səsləyiblər.

 

Bildirilib ki, ölkəyə gətirilən vaksinlərin mənşəyi məlum deyil. Etirazçılar vaksinasiya qarşı olmadıqlarını, vaksin adı ilə onlara təqdim edilən məhlulun tərkibi haqqında məlumat verilməsinin vacibliyini vurğulayıblar.

 

Nümayişçilər tərkibini bilmədikləri vaksini qəbul etmək istəmədiklərini deyiblər. 

 

Aksiyaya polis müdaxilə edib və etirazçılar qısa müddət sonra dağılışıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu