Modern.az

ABŞ-da daşqınlar 10 can aldı

ABŞ-da daşqınlar 10 can aldı

Dünya

22 Avqust 2021, 09:39

Amerika Birləşmiş Ştatlarının şərqindəki Tennessi ştatında sel və daşqınlar nəticəsində ikisi uşaq olmaqla azı 10 nəfər həyatını itirib.

 

Moder.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

 

İlkin məlumata görə, daha 31 nəfər itkin düşüb.

 

İtkin düşmüş yaxınlarını və dostlarını axtaran insanlara kömək məqsədilə mərkəz yaradılıb.

 

Tennessi ştatında daşqınlar avqustun 20-dən bəri yağan güclü yağışlar səbəbindən meydana gəlib. Bəzi şəhərlərdə gündəlik yağıntı rekordu müşahidə edilib. Tennessi ştatının fövqəladə hallar agentliyi daşqın səbəbindən üçüncü təhlükə səviyyəsi elan edib, sakinlərə avtomobil sürməmək, su basan ərazilərdən uzaq qalmaq tövsiyə olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu