Böyük Britaniyanın Səhiyyə xidməti AVRO-2020 ilə bağlı araşdırmalar aparıb.
Modern.az "BBC"yə istinadla xəbər verir ki, qurum çempionat zamanı koronavirusa yoluxmaların sayını müəyyənləşdirib.
İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən 8 matçı koronavirusa yoluxan 3036 tamaşaçı tribunadan izləyib. Onlar infeksiyanı digər 6376 nəfərə yayıblar.
Qeyd edək ki, final görüşünü 67 min tamaşaçı izləyib.