Modern.az

“Sendi” qasırğası Amerika bölgəsini cənginə alıb: ölənlər, itkin düşənlər var

“Sendi” qasırğası Amerika bölgəsini cənginə alıb: ölənlər, itkin düşənlər var

30 Oktyabr 2012, 10:25


Amerika hökuməti artıq Karib hövzəsinin ada dövlətlərinə ciddi ziyan vurmuş “Sendi” qasırğasının yaxınlaşması ilə əlaqədar olaraq bir sıra şərq ştatlarında bir neçə yüz min adamı köçürüb.
“İnterfaks” xəbər verir ki, məsələn, 375 min adam Aşağı Manhettendən və Nyu-Yorkun digər rayonlarından, 50 min adam Delaver ştatından və 30 min adam Atlantik-sitidən köçürüləcək.
“Sendi” qasırğası ucbatından Amerika birjaları bağlanıb. ABŞ prezidenti qasırğa ilə mübarizənin əlaqələndirilməsi üçün seçkiqabağı səfərləri təxirə salıb.
Sinoptiklərin məlumatına görə, Hellouin bayramı ilə əlaqədar olaraq ABŞ-da “Frankenştorm” adlandırılmış “Sendi” qasırğası güclənib: hazırda qasırğanın hərəkət etdiyi zonada küləyin sürəti saatda 140 kilometrə çatır. Qasırğa saatda 25 kilometr sürətlə şimala doğru hərəkət edir.
Nyu-Yorkda qasırğaya görə bütün ictimai nəqliyyatın işi dayandırılıb. Haitinin cənub hissəsi daha çox ziyan çəkib. Orada qasırğa təqribən 1400 evi dağıdıb, təqribən altı min adam müvəqqəti sığınacaqlarda yerləşdirilib, şəhərdə həyat dayanıb.
“Sendi”nin Atlantik sahili boyunca cənubdan hərəkət etdiyi ABŞ-ın bütün şimal-şərqində fövqəladə vəziyyət elan edilib.
Proqnozlara görə, “Sendi” Kanadadan ABŞ-a doğru irəliləyən aşağı təzyiqli soyuq cəbhə ilə qarşılaşdıqda vəziyyət xeyli dərinləşəcək. Mütəxəssislər onların toqquşması nəticəsində superqasırğanın meydana çıxacağını istisna etmirlər. Keçən həftə “Sendi” Karib hövzəsinin ada dövlətlərinə, o cümlədən Kubaya, Haitiyə, Baham adalarına, Yamaykaya, Dominikan Respublikasına ciddi ziyan vurub.
Son məlumata görə, bu regionda təbii fəlakətdən 58 adam ölüb, 10 nəfərdən çox adam itkin düşüb.
“Sendi” ABŞ-da seçkiqabağı kampaniyanın digər fəal iştirakçılarını öz planlarında dəyişikliklər etməyə məcbur edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi