Modern.az

“Taliban” xüsusi təyinatlıları həbsdən AZAD ETDİ

“Taliban” xüsusi təyinatlıları həbsdən AZAD ETDİ

Dünya

22 Avqust 2021, 13:05

"Taliban" üzvləri Əfqanıstanın Herat əyalətində saxlanılan xüsusi təyinatlıların 145 əsgərini azad edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

 

“Taliban” sözçüsünün telekanala verdiyi məlumata görə, hərəkat Herat əyalətində 145 Əfqanıstan xüsusi təyinatlısını azadlığa buraxıb.

 

"Tolo News" telekanalı isə cümə günü bəyan edib ki, keçmiş Əfqanıstan hökumətinin bəzi yüksək vəzifəli məmurları itkin düşüb.

 

Qeyd edilib ki, Əfqanıstanın Laqman əyalətinin valisi Əbdül Vəli Vahidzai və bölgənin polis idarəsinin rəisi Lotfullah Kamran taliblərin hücumu zamanı onlara təslim olublar. Qəzni əyalətindəki polis idarəsinin rəisi Məhəmməd Haşim Qalji "Taliban" bölgənin inzibati mərkəzinə daxil olduqdan sonra yoxa çıxıb.

 

Xatırladaq ki, həftənin əvvəlində "Taliban" onlara qarşı çıxan hər kəsi əfv etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu