Fransanın Marsel şəhərində avqustun 21-dən 22-ə keçən gecə baş verən atışmalar nəticəsində 3 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər yazır.
Məlumata görə, ilk atışma gecə Marselin 14-cü bölgəsində baş verib, nəticədə iki nəfər ölüb.
Digər atışma Marselin dördüncü bölgəsində qeydə alınıb. Hadisə zamanı bir nəfər güllələnib. Daha sonra onun avtomobili yandırılıb.