Modern.az

Merkeldən Ukraynanın qaz tranzitinə yeni töhfə

Merkeldən Ukraynanın qaz tranzitinə yeni töhfə

Dünya

22 Avqust 2021, 17:44
Almaniya kansleri Angela Merkell Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
 
 
Modern.az xəbər verir ki, görüş Ukrayna prezidentinin iqamətgahında baş tutub.
 

Tərəflər beynəlxalq və regional təhlükəsizlik, energetika sahəsində əməkdaşlıq və "Şimal axını-2" layihəsinin tikintisi ilə bağlı müzakirələr aparıb.

 

Almaniya kansleri bildirib ki, Ukraynadan tranzit yolla keçən təbii qazın tədarükü ilə bağlı müqaviləni 2024-cü ildən sonra da uzatmaq niyyətindədir.

 

Ukrayna Prezidenti öz növbəsində Donbas bölgəsindəki vəziyyət barədə məlumat verib və burada daimi atəşkəsin bərqərar olunması, eləcə də əsirlərin dəyişdirilməsinə ümidvar olduğunu bildirib.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu