Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Qaribaşvili özünün “Twitter” hesabında yazıb.
Görüş zamanı ölkələr arasında strateji tərəfdaşlıq məsələləri, Avropaya və Avroatlantik məkana inteqrasiya, regional təhlükəsizlik və münaqişələrin sülh yolu ilə həlli barədə fikir mübadisələri aparılıb.