İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün Ciddə şəhərində daimi nümayəndələr səviyyəsində iclas keçirib.
Modern.az xəbər verir ki, iclas Səudiyyə Ərəbistanının tələbi ilə baş tutub.
Toplantının sonunda qəbul edilən bəyanatda təşkilat Əfqanıstan xalqını təmsil edən bütün tərəfləri sülhün qurulması üçün hərtərəfli dialoqa çağırır.
Bəyanatda təşkilat Əfqanıstanda sülh və sabitliyi, milli barışı dəstəklədiyi mesajını çatdırıb.
İƏT ölkədəki yeni rəhbərliyi və beynəlxalq ictimaiyyəti Əfqanıstanın yenidən terrorçuların sığınacağına çevrilməməsi üçün birlikdə işləməyə çağırıb.