Modern.az

Dünən ən çox yoluxma İranda olub - COVİD statistikası

Dünən ən çox yoluxma İranda olub - COVİD statistikası

Dünya

23 Avqust 2021, 09:02

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 451 mindən çox artıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən sutka ərzində 451 min 510 nəfər koronavirusa yoluxub, 8264 pasiyent dünyasını dəyişib.

 

Bununla da virusa yoluxanların ümumi sayı 212 milyon 555 min 62, ölənlər isə 4 milyon 443 min 904 nəfərə çatıb.

 

Son 24 saatda virusa ən çox yoluxma halı İranda (36 min 419 nəfər), ölüm faktı isə İndoneziyada (1030 nəfər) qeydə alınıb.

 

Dünyada indiyədək ən çox yoluxma halı ABŞ (38,5 milyon), Hindistan (32,4 milyon), Braziliya (20,5 milyon), Rusiya (6,7 milyon), Fransa (6,6 milyon), Böyük Britaniya (6,4 milyon) və Türkiyədə (6,2 milyon) aşkarlanıb.

 

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu