Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin ailəsinin sabiq dövlət başçısının ölümü ilə bağlı başlanan cinayət işinin dayandırılması və mərhumun ruhbunun narahat edilməməsi haqda bəyanatına Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahumuq Mirəlioğlu dəstək verdi. Eks-prezidentin zəhərlənərək öldürülməsi ilə bağlı açılan cinayət işinin tezliklə dayandırılmasını tələb edən KXCP sədri Modern.az-a açıqlamasında Elçibəy ailəsinin qərarına dəstək verdiyini bildirib. Onun sözlərinə görə, mərhum prezidentin ruhu narahat edilməməlidir.
“Əbülfəz Elçibəyin ailəsinin yaydığı bəyanatla tanış olmasam da hesab edirəm ki, bu doğru addımdır. Onlar bu qərarı sözün əsl mənasında təqdirə layiqdir. Hesab edirəm ki,”. Əbülfəz Elçibəyin ailəsinin tələbləri yerinə yetirilməlidir
Qeyd edək ki, Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin ailəsi Respublika Prokurorluğuna və mediaya müraciət edib. Ailənin müraciətində Elçibəyin ölüm səbəbi ilə bağlı açılmış cinayət işinin dərhal dayandrılması tələb olunur və mərhumun ruhunun narahat edilməməsi istənilib.
Anar RÜSTƏMOV