“Əfqanıstanda baş verən son hadisələri diqqətlə izləyirik və bütün tərəflərlə təmasdayıq, ancaq indiki mərhələdə “Taliban”ı rəsmən tanımayacağıq”.
Modern.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
“Əfqanıstanın gələcək hökuməti ilə bağlı qərar vermək hələ tezdir. Əfqan xalqının həyatını, mülkünü və şərəfini qorumaq, müxtəlif əfqan qrupları arasında geniş dialoq aparmaq üçün ölkədə prioritet hökumət qurulmalıdır”,- deyə XİN rəsmisi bildirib.