ABŞ Əfqanıstan vətəndaşlarını Cənubi Koreyadakı bazalarına yerləşdirmək istəyir.
Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Ölkənin xarici işlər naziri Chung Eui-yong məlumatı təsdiqləyib.
Bildirilib ki, Cənubi Koreyadakı hərbi bazalar hökumətin razılığı ilə qaçqın düşərgələri kimi istifadə olunacaq.