Modern.az

Pakistan və Hindistan qarşılıqlı viza verməyə başladılar

Pakistan və Hindistan qarşılıqlı viza verməyə başladılar

Dünya

23 Avqust 2021, 20:36

Pakistan və Hindistan iki illik fasilədən sonra diplomatlara qarşılıqlı iş vizası verməyə başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “The Express Tribune” nəşri Pakistan Xarici İşlər Nazirliyinə istinadən yazıb.

 

Pakistan avqust ayında Hindistanın 33 diplomatına, Hindistan isə Pakistanın Yeni Dehlidəki səfirliyinin 7 əməkdaşına viza verib.

 

Nəşr qeyd edib ki, vizaların bərpası 2019-cu ildə ikitərəfli münasibətlərin kəskin pisləşməsindən sonrakı dövrdə Pakistan-Hindistan münasibətlərinin normallaşması yolunda ilk addım ola bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu