Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Federasiyasını “Krım Platforması”na qoşulmağa dəvət edib.
Modern.az xəbər verir ki, Zelenski bu barədə “Krım Platforması”nın zirvə toplantısında deyib:
“Rusiya Federasiyasını “Krım Platforması”na qoşulmağa dəvət edirik ki, Krımı işğaldan çıxarmaq və faciəli səhvini düzəltmək yollarını birlikdə işləyib hazırlayaq”.
Qeyd edək ki, paytaxt Kiyevdə Ukraynanın təşəbbüsü ilə “Krım Platforması” zirvəsi toplantısı keçirilir. Toplantıda Krıma nəzarəti geri qaytarmaq məsələləri müzakirə olunur. Zirvədə 40-dan çox ölkə və beynəlxalq təşkilat iştirak edir.