İranda son sutkada yeni növ koronavirusa (COVID-19) yoluxan daha 610 nəfər vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda 38 657 nəfərin COVID-19 testi pozitiv çıxıb.
Beləliklə, koronavirusa yoluxanların ümumi sayı 4 715 771, ölənlərin sayı isə 102 648 nəfərə çatıb.
Hazırda ölkənin reanimasiya şöbələrində 7695 koronavirus xəstəsi müalicə olunur.