Modern.az

Etibar Məmmədov, Lalə Şövkət və Rəsul Quliyev icazəsiz aksiyalara hazırlaşır

Etibar Məmmədov, Lalə Şövkət və Rəsul Quliyev icazəsiz aksiyalara hazırlaşır

Təhsil

30 Oktyabr 2012, 14:51

14 siyasi partiyanın təmsil olunduğu Demokratik Qüvvələrin Məşvərət Məclisi noyabrın 3-nə təyin olunan mitinqlə bağlı bu gün toplanıb. Bu barədə Modern.az-a məlumat verən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan toplantıda mitinqlə bağlı bir sıra məsələləri müzakirə edib. ALP sədri bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti onların mitinqlə bağlı müraciətlərinə bu gün cavab verməli olsalar da hələlik heç bir rəsmi açıqlama verilməyib.

“Biz Demokratik Qüvvələrin Məşvərət Məclisi olaraq bu gün yenidən toplandıq. Toplantıda bir sıra mühüm məsələlərlə yanaşı 3 noyabr mitinqi ilə bağlı geniş müzakirələr apardıq. Təəssüflər olsun ki, Bakı şəhər İcra hakimiyyəti bizim müraciətimizə cavab verməkdən boyun qaçırır. Dəfələrlə əlaqə saxlamağa çalışsaq da bizə heç kim məlumat vermir. Bugünkü toplantıda icazəsiz aksiyaların keçirilməsi məsələsini də müzakirə etdik. Günün sonunu gözləyirik, cavab verilməsə biz öz qərarımızı verəcəyik”, -deyə Ə.Temirxan bildirib.

Qeyd edək ki,  14 müxalif siyasi partiyanın daxil olduğu Demokratik Qüvvələrin Məşvərət Məclisi mitinq keçirməklə bağlı qərar verib. Artıq Bakının 6 mərkəzi meydanından birində mitinq keçirmək məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısına müraciət edilib. Mitinqin noyabrın 3-dən saat 16-dan 18-ə qədər keçirilməsi nəzərdə tutulub.  DQMM-də mitinqlə bağlı Təşkilat Komitəsi yaradılıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi