ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı ABŞ-ın diplomatik və hərbi personalının, vətəndaşlarının, yerli işçilərin və digər həssas qrupa daxil olan insanların Əfqanıstandan təxliyə edilməsi müzakirə olunub.
Hər iki lider Əfqanıstandakı mövcud vəziyyətlə bağlı ortaq yanaşma müəyyənləşdirmək üçün müttəfiqlər və tərəfdaşlar arasında sıx koordinasiyanın vacibliyini vurğulayıblar.