Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən hava limanı yaxınlığında baş vermiş toqquşmalarda 7 nəfər dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hava limanında izdiham yaşanıb və insanlar əcnəbi hərbçiləri itələməyə başlayıblar. Bu səbəbdən əvvəlcə “Taliban”, daha sonra xarici qüvvələr buna reaksiya verməli olublar. Nəticədə azı 7 nəfər həyatını itirib.