Modern.az

Türkiyəyə gedən azərbaycanlıların sayı artıb

Türkiyəyə gedən azərbaycanlıların sayı artıb

24 Avqust 2021, 00:27

2021-ci ilin yanvar-iyul aylarında 186 250 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

 

Bu, bir il əvvəlki göstəricidən 35,56% çoxdur. Belə ki, 2019-cu ildə 137 397 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib.

 

Qeyd olunub ki, Türkiyəyə gələn bütün turistlərin 1,85% -i Azərbaycanın payına düşür.

 

Təkcə iyul ayında 62 737 azərbaycanlı turist Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu