Modern.az

Dənizçilər 438 miqrantı ölümdən xilas etdi

Dənizçilər 438 miqrantı ölümdən xilas etdi

24 Avqust 2021, 08:00

Mərakeş Kral Dəniz Donanmasının bölmələri ölkənin Aralıq dənizi və Atlantik sahilləri boyunca patrul xidməti apararaq avqustun 19-dan 23 -dək 438 qanunsuz miqrantı xilas ediblər.

 

Modern.az xəbər verir ki, miqrantların əksəriyyəti subsahara Afrika ölkələrindəndir.

 

Bundan əlavə, xilas edilənlər arasında üç Banqladeş vətəndaşı və bir türk olub.

 

"Xilas edilən bütün miqrantlara gəmilərdə ilk yardım göstərilib. Bundan sonra onlar sağ-salamat Mərakeşin ən yaxın limanlarına aparılıb və kral jandarma zabitlərinə təhvil verilib",- deyə məlumatda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu