Modern.az

Müslüm Maqomayevin şəxsi əşyaları Araz Ağalarovun pavliyonunda - FOTOLAR

Müslüm Maqomayevin şəxsi əşyaları Araz Ağalarovun pavliyonunda - FOTOLAR

30 Oktyabr 2012, 15:12

Modern.az saytı xəbər verir ki, Moskvada məşhur ifaçı Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Azərbaycanlı milyoner Araz Ağalarova məxsus “Krokus Siti”dəki pavliyonda baş tutan tədbirə mərhum ifaçının xanımı Tamara Sinyavskaya da qatılıb. Uzun müddət cəmiyyətdə görünməyən T.Sinyavskaya zalda A.Ağalarovla yanaşı əyləşib. Onun birbaşa razılığı ilə “Krokus Siti”də mərhum M.Maqomayevə məxsus şəxsi əşyalar kolleksiyası nümayiş etdirilib. Bu qiymətli eksponatlar arasında bir vaxtlar müğənniyə İran şahzadəsinin hədiyyə etdiyi üzük, “Mercedes-Bens” avtomobili, orden və medallar və s. sərgilənib.
Modern.az sərgidən fotoları təqdim edir

 

 

 

 

 

 

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI