Modern.az

Qarabağla bağlı “sülh sazişini” gülləbaran edən jurnalist ağlını itirib

Qarabağla bağlı “sülh sazişini” gülləbaran edən jurnalist ağlını itirib

30 Oktyabr 2012, 17:09

1999-cu ildə Ermənistan parlamentində terror aktının təşkilatçısı Nairi Unanyan qarmaqarışıq danışıb


Ermənistanın bir qrup deputatı 1999-cu ilin oktyabrında parlamenti gülləbaran etmiş Nairi Unanyanla saxlandığı həbsxanada görüşüb. Modern.az  ermələrin “168 Jam” qəzetinə istinadən bildirir ki, bu görüş deputatlar həbsxanaya baxış keçirərəkən baş tutub.

Kamerada deputatlarla Unanyanın görüşü qısa olub. Deputat Enfiacyan ondan törətdiyi cinayətə görə peşman olub-olmadığını soruşub. Unanyan qarmaqarışıq və aydın olmayan cavablar verib. Unaynan deyib ki, “bütün həlak olanların ruhu onun bədənində yaşayır”. Deputatlar həbsxana rəhbərliyindən Unanyanın psixi sağlamlığı barədə soruşublar. Rəhbərlik deyib ki, Unanyan sağlamdır və qəsdən özünü elə aparır. 

Həbsxana rəhbərliyi orada saxlanılan digər terrorçu –Unanyanın qardaşı Karenin yanına getməyi məsləhət bilməyib. Karen Unanyanın psixi durumunda problem var və o daim özü-özünə danışır. Deputatları buna əmin etmək üçün Karenin saxlandığı kameranın pəncərisini açıblar və onlar televizor qarşında oturan terrorçunun özü-özü ilə danışdığının şahidi olublar.  

1999-cu ildə jurnalist Nairi Unanyanın rəhbərliyi ilə Ermənistan parlamentində törədilən gülləbaran nəticəsində spiker Karen Dəmirçyan və baş nazir Vazgen Sərkisyan həlak olub. Siyasi müşahidəçilər hesab edir ki, bu gülləbaranın arxasında Rusiyanın Dağlıq Qarabağa dair sülh danışıqlarını pozma cəhdi durub. Belə ki, 1999-cu ildə ATƏT-in İstanbulda keçirilən zirvə toplantısında ABŞ-ın vasitəçiliyilə Azərbaycan və Ermənistan arasında ilkin sülh sazişinin razılaşdırılması gözlənilirdi. Məhz bu ərəfədə Ermənistan parlamentində baş verən terror həmin danışıqları dəfn etdi.

Son günlər Ermənistanda N. Unanyanın ya öldürüldüyü, ya da difər ölkəyə qaçırıldığı barədə ciddi ittihamalar səslənirdi.

X. SƏFƏROĞLU
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi