Modern.az

Taliban Qərbin ittihamlarını əsassız adlandırdı

Taliban Qərbin ittihamlarını əsassız adlandırdı

25 Avqust 2021, 08:06

Taliban "G7" liderlərinin Əfqanıstanda insan haqlarına hörmət edilməsinin vacibliyi ilə bağlı bəyanatını tənqid edib.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın Siyasi bürosunun nümayəndəsi Məhəmməd Naim "Al Mayadeen" telekanalına bildirib.

 

"Qərbdən bu cür xəbərdarlıqlar Taliban üçün yeni deyil. Biz 20 ildən çoxdur ki, Qərb mediasının hədəfindəyik və insan haqları pozuntuları ilə bağlı xəbərlərin necə hazırlandığını yaxşı bilirik", - M.Naim deyib.

 

O, Talibanın əleyhdarlarına qarşı törətdikləri qisas və zülm barədə hüquq müdafiəçiləri tərəfindən səsləndirilən ittihamları əsassız adlandırıb.

 

"Edamlar haqqında söhbətlər reallığa uyğun gəlmir", - Taliban nümayəndəsi söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu