Modern.az

Azərbaycanda nazir federasiya prezidenti seçildi

Azərbaycanda nazir federasiya prezidenti seçildi

30 Oktyabr 2012, 19:08

Bu gün Azərbaycan Cüdo Federasiyasında hesabat-seçki konfransı keçirilib. Konfransda 4 illik hesabat dinlənilərək, səs vermə yolu ilə təsdiq edilib.

Daha sonra səs vermə əsasında Federasiyanın rəhbər orqanlarına növbəti müddət üçün seçkilər keçirilib və Fizuli Ələkbərov yekdilliklə Azərbaycan Cüdo Federasiyasının prezidenti vəzifəsinə seçilib. Federasiyanın vitse-prezidenti vəzifəsinə Asif Əsgərov, Matvey Yelizarov və Elnur Kələntərov səs vermə ilə təsdiqləniblər. Konfransda İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyən olunub və İcraiyyə Komitəsinin baş katibi vəzifəsinə Elnur Camalxanov seçilib. Yekunda Azərbaycan Cüdo Federasiyasının yeni strukturu müzakirə edilərək təsdiq olunub.

Şahanə RƏHİMLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi