Modern.az

Türkiyə Rusiyadan S-400-lərin alınması xəbərini təkzib edir

Türkiyə Rusiyadan S-400-lərin alınması xəbərini təkzib edir

25 Avqust 2021, 13:59

Türkiyə hökuməti Rusiyadan S-400 zenit-raket komplekslərinin yeni partiyasının alınması barədə məlumatları təkzib edir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinin adı açıqlanmayan rəsmisi “Middle East Eye” saytına məlumat verib. Türkiyə təmsilçisi Rusiya tərəfinin iddialarının doğru olmadığını bildirib.

 

Onun sözlərinə görə, Moskva ilə S-400 danışıqlarının məzmununda heç bir irəliləyiş yoxdur. Adı açıqlanmayan mənbənin fikrincə, Rusiya tərəfi qəsdən yanlış məlumatlar yayır.

 

Xatırladaq ki, bundan əvvəl Rusiyanın “Rosoboronexport” şirkətinin baş direktoru Aleksandr Mixeyev Türkiyənin ikinci dəfə S-400 sistemləri alacağını bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu