Modern.az

Sabiq prezident: “Krımı geri qaytaracağıq”

Sabiq prezident: “Krımı geri qaytaracağıq”

25 Avqust 2021, 15:41

“Krımın işğalı Ukraynanın özünü müdafiə etməməsi ucbatından gerçəkləşib”.


Modern.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Leonid Kuçma deyib.

 

“Mən deyərdim ki, Rusiyanın Krımla bağlı etdikləri anneksiya yox, işğaldır. İşğal tamamilə fərqli şeydir. Bu, müvəqqətidir və biz onu geri qaytaracağıq. Anneksiyadan yalnız qəzəblənmək olar, amma işğala qarşı mübarizə aparmaq lazımdır”, – deyə eks-prezident bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu